Pasport oğurlandıqda

 Tələb olunan sənədlər

  • Ərizə-anket (burudan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaşı)(18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi;
  • 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil;
  • İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat kartoçkası;
  • Pasportun oğurlandığı ölkənin polis orqanı tərəfindən müvafiq pasportun oğurlanması ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun oğurlanması faktını təsdiq edən arayışın əsli;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 55 CHF konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A
  • Müvafiq yaşa uyğun olaraq
        0-1 yaş 10 manat
        1-3 yaş 20 manat
        3 -18 yaş 30 manat
        18 yaşı tamam olmuş 40 manat

         dövlət rüsumu onlayn (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya  Daxili İşlər Nazirliyinin
         Baş Pasport,Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən
         şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə
         birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.
 

bakushop_1