Azərbaycan-Lixtenşteyn
21 yanvar 1992-cu il tarixində Azərbaycan Respublikası və Lixtenşteyn Knyazlığı arasında diplomatik əlaqələr qurulmuşdur.
 
13 aprel 2006-cı il tarixində  Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elçin Əmirbəyov eyni zamanda Lixtenşteyndə akkreditə olunmuşdur. 
 
01-04 noyabr 2007-ci il tarixlərində Şimali və Cənubi Qafqazda həyata keçirilən “Qafqazın Dağlıq Rayonlarının Davamlı İnkişafı - Yerli Gündəlik 21” (Sustainable Development of Mountain Regions of the Caucasus- Local Agenda 21) adlı layihə çərçivəsində Lixtenşteynin Ətraf Mühit, 
 
Kənd və Meşə Təsərrüfatı Naziri cənab Huqo Kvaderer (Huqo Quaderer) Azərbaycana səfər etmişdir.
 
2009-cu ildə Azərbaycan Respublikasının Şamaxı rayonunun Sis kəndində 2 məktəb binasının tamamilə bərpa edilməsi Lixtenşteyn İnkişafa Xidmət Fondu (LDS) tərəfindən dəstəklənmişdir.
 
12 may 2010-cu il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Murad Nəcəfbəyli eyni zamanda Lixtenşteyndə akkreditə olunmuşdur.
 
04 oktyabr 2010-cu il tarixində Lixtenşteyn Knyazlığında işgüzar  səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Knyazlığın Xarici İşlər Naziri Aureliya Frik ilə görüşmüşdür.
 
02 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Əkrəm Zeynallı eyni zamanda Lixtenşteyn Knyazlığında Səfir təyin edilmişdir.
 
03 sentyabr 2012-ci il tarixində  Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və eyni zamanda Lixtenşteyn Knyazlığındakı Səfiri Əkrəm Zeynallı Lixtenşteynin Şaan şəhərində keçirilmiş ənənəvi Lixtenşteyn Sənaye, Ticarət və Sahibkarlıq Sərgisində iştirak etmiş və tədbir çərçivəsində Knyazlığın Xarici İşlər Naziri Aureliya Frik ilə görüşmüşdür.
 
16 noyabr 2012-ci il tarixində  Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş Səfiri Əkrəm Zeynallı etimadnamələrini Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlahəzrət Aloisə təqdim etmişdir. 

4 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov cənab Albert Frikə Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri seçilməsi münasibətilə təbrik məktubu ünvanlamışdır. 

27 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri cənab Albert Frikə məktub ünvanlayaraq, onu Azərbaycana rəsmi səfərə dəvət etmişdir

2015-ci il mayın 11-də Lixtenşteynin Avropa İqtisadi Zonasına daxil olmasının 20 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan səfir Ə. Zeynallı ölkə Parlamentinin sədri Albert Frik ilə görüşmüşdür. 

2015-ci il iyunun 26-30-da Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri cənab Albert Frik Bakıda rəsmi səfərdə olmuşdur. Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, eləcə də Milli Məclisin Sədri cənab Oqtay Əsədov və xarici işlər naziri cənab Elmar Məmmədyarov ilə görüşmüşdür. Cənab Albert Frik həmçinin, 12-28 iyun tarixlərində Bakıda keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasimində də iştirak etmişdir.

2015-ci il noyabr ayının 27-də səfir Əkrəm Zeynallı Lixtenşteyn Knyazlığına işgüzar səfəri çərçivəsində Knyazlığın Parlamentinin Sədri Albert Frik ilə görüşmüşdür. Görüş zamanı tərəflər iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu bildirmiş və bunun reallaşması üçün birgə çalışacaqlarını qeyd etmişlər. Həmsöhbətlər, həmçinin qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

2016-cı il oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfər etmişdir. Səfər zamanı o, Lixtenşteyn Parlamentinin Sədri Albert Frik, Baş nazirini müavini, daxili işlər, ədliyyə və iqtisadiyyat naziri Tomas Tsvifelhofer, xarici işlər, təhsil və mədəniyyət naziri Aurelia Frik ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan-Lixtenşteyn ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunmuş, nazirlər E.Məmmədyarov və A.Frik Lixtenşteynə səfər edən Azərbaycan vətəndaşları üçün viza proseduralarının sadələşdirilməsinə dair nota mübadiləsi etmişlər.

2016-cı il oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfər etmişdir. Səfər zamanı o, Lixtenşteyn Parlamentinin Sədri Albert Frik, Baş nazirini müavini, daxili işlər, ədliyyə və iqtisadiyyat naziri Tomas Tsvifelhofer, xarici işlər, təhsil və mədəniyyət naziri Aurelia Frik ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan-Lixtenşteyn ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunmuş, nazirlər E.Məmmədyarov və A.Frik Lixtenşteynə səfər edən Azərbaycan vətəndaşları üçün viza proseduralarının sadələşdirilməsinə dair nota mübadiləsi etmişlər.