Səfirdən ön söz

İnternet səhifəsinin əziz qonaqları,

 
Sizi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin internet səhifəsində salamlayırıq.
 
İnternet səhifəsi dizayn edilərkən, onun ikitərəfli əlaqələr və Səfirliyin fəaliyyətinə dair məlumatlar təqdim etməsi ilə yanaşı, Azərbaycana səfər etmək və ya ölkəmiz barədə məlumat əldə etmək istəyən xarici ölkə vətəndaşları, habelə soydaşlarımız üçün praktiki cəhətdən faydalı olmasına çalışılmışdır. 
 
İnternet səhifəsi öz inkişaf dinamikası ilə seçilən Azərbaycan-İsveçrə, eləcə də Azərbaycan-Lixtenşteyn ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərinə dair geniş məlumatın əldə edilməsinə xidmət etməklə yanaşı, Sizə hər üç ölkənin tarixi, mədəniyyəti və adət-ənənəsi ilə yaxından tanış olmağa gözəl imkan yaradacaqdır.
 
Mütəmadi qaydada yenilənən internet səhifəsi durmadan inkişaf edən Azərbaycan-İsveçrə və Azərbaycan-Lixtenşteyn ikitərəfli əlaqələrindəki önəmli hadisələrdən xəbərdar olmanıza yardım edəcəkdir.
 
Ümidvaram ki, sadə, lakin məzmunlu şəkildə tərtib edilmiş internet səhifəmiz Sizin üçün maraqlı və faydalı olacaqdır.
 
 
Əkrəm Zeynallı
Fövqəladə və Səlahiyyətli Səfir

bakushop_1