2017-11-23
Səfir X.İbrahimova Federal Şuranın ticarət sazişləri üzrə nümayəndəsi səfir Liviya Loy ilə görüşmüşdür

2017-ci il noyabrın 23-də səfir X.İbrahimova İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin idarə heyətinin üzvü, Federal Şuranın ticarət sazişləri üzrə nümayəndəsi səfir Liviya Loy ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasının Protokolunun icrası ilə bağlı məsələlər müzakirə edilmiş, Komissiyanın növbəti 8-ci iclası barədə fikir mübadiləsi aparılmışdır.

X.İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etməyə namizədliyi barədə də müqabil tərəfə ətraflı məlumat vermiş, Azərbaycanın təklif etdiyi mövzuya – “İnsan kapitalının inkişaf etdirilməsi”nə İsveçrə şirkətlərinin maraq göstərəcəyinə, Bakı şəhərinin namizədliyinə rəsmi Bernin dəstək verəcəyinə ümid etdiyimizi vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər