Pasport oğurlandıqda

 Tələb olunan sənədlər

  • Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər vətəndaşlar üçün) (vətəndaşlığı olmayanlar üçün);
  • Əgər varsa oğurlanmış Pasportun surəti; 
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
  • Pasportun oğurlandığı ölkənin polis orqanı tərəfindən müvafiq pasportun oğurlanması ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun oğurlanması faktını təsdiq edən arayışın əsli. 

İştirak etməli olan şəxslər

  • 18 yaşı tamam olmuş şəxsin özü
  • 18 yaşı tamam olmamış şəxsin özü və valideyini/himayəçisi.

Rüsum

  • 43 CHF- Qayıdış Şəhadətnaməsinin verilməsinə görə ödəniş aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.
        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A

Diqqət!  Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu halda ərizəçidən 27 CHF əlavə rüsum tutulur.

bakushop_1