İlk dəfə pasport alan vətəndaşlar

 Tələb olunan sənədlər

  • Ərizə-anket (burudan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş)( 18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi (15 yaşı tamam olmamış uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə ilk öncə fərdi identifikasiya nömrəsi üçün müraciət olunmalıdır. Bunun üçün 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə Ərizə (buradan yüklənə bilər) ilə müraciət olunmalı və uşağın doğum haqqında şəhadətnaməsi təqdim olunmalıdır. Fərdi identifikasiya sorğusuna cavab gəldikdən sonra, pasport alınması üçün aşağıdakı sənədlər toplanaraq Səfirliyə təqdim olunur);
  • 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil;
  • İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • Qan qrupu haqqında tibbi arayış (0-15 yaş uşaqlar üçün şəxsiyyət vəsiqəsi omadıqda təqdim olunur);
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
  • 18 yaşı tamam olmamış şəxsin Doğum Haqqında Şəhadətnaməsi;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 55 CHF konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A
  • Müvafiq yaşa uyğun olaraq
        0-1 yaş 10 manat
        1-3 yaş 20 manat
        3-18 yaş 30 manat
        18 yaşı tamam olmuş 40 manat

         dövlət rüsumu onlayn (http://www.bpqmi.gov.az/?/az/menu/25/) və ya  Daxili İşlər Nazirliyinin
         Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən
         şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə
         birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

bakushop_1