Doğumun qeydə alınması

Doğum haqqında məlumat Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. 

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

  • Valideyinlərin ərizəsi (buradan yüklənə bilər)
  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Valideynlərin doğum haqqında şəhadətnamələri;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd;
  • Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  • Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  • Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  • Valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd;
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

İştirak etməli olan şəxslərin siyahısı

  • Valideynlər və ya onlardan biri;
  • Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər səlahiyyətli şəxslər. 

Dövlət rüsumunun məbləği

  • Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə xəbərdarlıq edilir və ya 7 (yeddi) CHF miqdarında cərimə edilir. Cərimə aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A