2015-07-16
Azərbaycanın KOTİF-ə qoşulma sənədinin əsli OTİF-ə təqdim olunmuşdur

2015-ci il iyulun 16-da Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikasının “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulması barədə sənədin əslini Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatın (OTİF) Baş katibi Fransua Davenə təqdim etmişdir.

Görüşdə tərəflər həmçinin, Azərbaycanın bu təşkilata üzv qəbul olunması prosedurasının OTİF-in prosedura qaydalarına uyğun olaraq tamamlanmasından sonra Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

Cənab F. Daven həmçinin, OTİF çərçivəsində 2015-ci ilin dekabrında Bakıda keçiriləcək seminarda iştirak etmək üçün Azərbaycan paytaxtına getməyi səbirsizliklə gözlədiyini bildirmişdir.

növbəti xəbər

bakushop_1