2015-06-26
Lixtenşteyn Parlamentinin Sədri cənab Albert Frik Bakıda səfərdə olmuşdur

Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri cənab Albert Frik 2015-ci il iyunun 26-30-da Bakıda rəsmi səfərdə olmuşdur.

Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, eləcə də özünün azərbaycanlı həmkarı, Milli Məclisin Sədri cənab Oqtay Əsədov və xarici işlər naziri cənab Elmar Məmmədyarov ilə görüşmüşdür. Görüşlərdə hər iki tərəf üçün maraq kəsb edən bir çox məsələlər, o cümlədən iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi imkanları müzakirə edilmişdir.

Cənab Albert Frik həmçinin, 12-28 iyun tarixlərində Bakıda keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasimində də iştirak etmişdir.

Bu səfər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Lixtenşteyndən Azərbaycana edilən ən yüksək səviyyəli səfər idi.

növbəti xəbər əvvəlki xəbər