2015-08-31
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi

28 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşkilati dəstəyi ilə İsveçrənin Bül (Bulle) şəhərində Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi təşkil edilən “Mədəniyyət yarmarkası”nda iştirak edib. Çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqimizin nümunələri səsləndirilmiş, maddi-mədəniyyət nümunələrimiz və Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumatlar verilib. İştirakçılara həmçinin milli mətbəximizin təamlarından nümunələr də təqdim olunmuş, milli rəqslərimiz nümayiş olunmuşdur. “Mədəniyyət yarmarkası”nın iştirakçıları Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstərmişlər.

 

 

Bern, 31 avqust 2015-ci il

növbəti xəbər əvvəlki xəbər