2015-09-13
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi

10-13 sentyabr 2015-ci il tarixlərində İsveçrənin Arqau kantonunun mərkəzi Arau (Aarau) şəhərində “Xalq musiqisi Federal Bayram”ı təşkil edilmişdir. 1971-ci ildə əsası qoyulmuş Federal Bayram hər 3-4 ildən bir İsveçrənin bir şəhərində keçirilir və hər növbəti buraxılış müəyyən bir mövzuya həsr olunur. Adından göründüyü kimi bu, digər festivallardan fərqli olaraq bütün İsveçrənin bayramı hesab olunur və tədbirdə iştirak səviyyəsi də bununla müəyyən olunur. Bu il keçirilən 12-ci Federal Bayramın əsas mövzusu İsveçrədə yaşayan xalqların etnik musiqisini ictimaiyyətə təqdim etmək olmuşdur.

 Tədbirdə əsasən İsveçrədə yaşayan müxtəlif diasporaların musiqi qrupları iştirak etmişdir. Çox sevindirici haldır ki, Azərbaycan müsuqiçiləri “Fəxri qonaq” statusunda həmin festivalda iştirak edərək milli muğamın nümunələrini ictimaiyyətə çatdırmışlar. Ölkəmizin ilk dəfə iştirak etdiyi bu mötəbər tədbirdə 300 musiqi kollektivi olmaqla 1500-ə yaxın musiqiçi iştirak etmişdir.

 Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı sayəsində 2 muğam qrupunun (Səbuhi İbayev  (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Nuriyyə Hüseynova (xanəndə), Munis Şərifov (kamança) və Davud Abdullayev (tar)) iştirakı ilə 10 sentyabrda, federal bayramın açılış günü verilən konsertdə Azərbaycanın müasir və qədim muğam və təsniflərindən parçalar ifa olunmuşdur.

 

 

 

Bern, 13 sentyabr 2015-ci il

növbəti xəbər əvvəlki xəbər

bakushop_1