2015-10-19
17 oktyabr 2015-ci il tarixində İsveçrənin Bazel şəhərində “Azərbaycanın
O, Azərbaycanda yüksək səviyyədə həyata keçirilən quruculuq işlərinin ölkəyə səfər edən qonaqları müsbət mənada təəccübləndirdiyini, dövlət müstəqilliyinin aparılan uğurlu siyasət nəticəsində gün-gündən möhkəmləndiyini qeyd edərək, bundan diaspora üzvlərinin daha da ruhlandığını və bu işdə öz töhfələrini verməyə hər zaman hazır olduqlarını bəyan etmişdir. “Azərbaycanın dostları” təşkilatının sədri həmçinin ölkə rəhbərliyi tərəfindən diaspora təşkilatlarına göstərilən qayğı və diqqəti öz üzərilərində daim hiss etdiklərini və buna görə də rəhbərlik etdiyi təşkilat adından öz minnətdarlığını bildirmişdir.Daha sonra tədbirin bədii hissəsində qonaqlara Bakının 6 nömrəli məktəbinin şagirdi Leyla Yusubovanın ifasında Azərbaycan rəqsləri və şer nümunələri nümayiş etdirilmiş, diaspora üzvü Fuad Məmmədovun piano ifasında klassik musiqimizdən nümunələr səsləndirilmişdir. Tədbirin sonunda isə milli təamlarımız iştirak edən qonaqlara təqdim edilmişdir. Tədbirdə 100-ə yaxın Azərbaycan və türk diasporunun üzvləri, Bazel şəhərinin sakinləri iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər