2015-11-27
Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri Albert Frik ilə görüş keçirilmişdir

2015-ci il noyabr ayının 27-də səfir Əkrəm Zeynallı Lixtenşteyn Knyazlığına işgüzar səfəri çərçivəsində Knyazlığın Parlamentinin Sədri Albert Frik ilə görüşmüşdür.

Görüş zamanı səfir Ə. Zeynallı A. Frikin 2015-ci ilin 26-30 iyun tarixlərində Bakıya səfərinin hər kəsdə xoş təəssürat buraxdığını, ölkələrimiz arasında ikitərəfli əlaqələr tarixində ilk yüksək səviyyəli səfər olduğunu və əlaqələrimizin istər siyasi, istərsə də digər sahələrdə inkişaf etdirilməsinə töhfə verəcəyinə inandığını bildirmişdir. A. Frik ölkəmizə səfərindən çox məmnun qaldığını, bağlanış mərasimində iştirak etdiyi ilk Avropa oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu, Bakıda gördüklərindən və ümumiyyətlə, Bakının simasında Azərbaycanın inkişaf səviyyəsindən çox təsirləndiyini qeyd etmişdir.

Tərəflər iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu bildirmiş və bunun reallaşması üçün birgə çalışacaqlarını qeyd etmişlər. Həmsöhbətlər, həmçinin qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

 

növbəti xəbər əvvəlki xəbər

bakushop_1