2015-11-27
Lixtenşteyn Knyazlığı Xarici İşlər Ofisinin direktoru Martin Frik ilə görüş keçirilmişdir

2015-ci il noyabr ayının 27-də səfir Əkrəm Zeynallı Lixtenşteyn Knyazlığına işgüzar səfəri çərçivəsində Knyazlığın Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyinin Xarici İşlər Ofisinin direktoru səfir Martin Frik ilə görüşmüşdür.

Görüş zamanı AR xarici işlər naziri E. Məmmədyarovun lixtenşteynli həmkarı Aurelia Frikə ünvanlandığı dəvət məktubunu ünvan sahibinə çatdırmaq üçün M. Frikə təqdim edən səfir Ə. Zeynallı M. Frik ilə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, habelə iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir. Həmsöhbətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1