2016-02-24
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü ilə silsilə tədbirlərə start verilmişdir.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü ilə silsilə tədbirlərə start verilmişdir.

Belə ki, 22 fevral tarixində Bern şəhərində yerləşən Beynəlxalq Məktəbin müəllim və şagird heyəti üçün həmin məktəbdə təhsil alan şagirdlərimiz tərəfindən “Dağlardan gələn göz yaşı” adlı təqdimat keçirilmişdir. Təqdimat zamanı iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə, həmçinin Xocalı şəhərində 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilmişdir.

22 fevral tarixindən başlayaraq Bern şəhərinin dəmiryol vağzalının platformalarında və şəhərin bir çox izdihamlı yerlərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımı barədə alman dilində böyük məlumatlandırma plakatları yerləşdirilmişdir. Həmin plakatlarda aşağıdakı məlumat yerləşdirilmişdir:

Bütün dünya Azərbaycanla birlikdə dərin hüznlə Xocalı qətliamının qurbanlarını yad edir. 26 fevral 1992-ci il. 613 nəfər mülki şəxs, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq qətl edilmişdir.

www.justiceforkhojaly.org

Bu plakatlar 28 fevral tarixinədək nümayiş etdiriləcəkdir.

25 fevral tarixində isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Bern şəhərindəki Polit-Forum des Bundes salonunda Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edəcəkdir. Tədbir zamanı Xocalı soyqırımına həsr olunmuş təqdimat və film nümayiş etdiriləcək və əyani vasitələr iştirakçılara paylanılacaqdır.      

Tədbirdə, həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə “ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcəkdir.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1