2016-10-05
Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin Marians Jazz room konsert zalında 4 oktyabr tarixində Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilmişdir.

Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin Marians Jazz room konsert zalında 4 oktyabr tarixində Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz axşamı təşkil edilmişdir.

Yerli vaxtla axşam 19:30 və 21:30-da başlayan tədbirdə 2 müxtəlif caz konserti proqramını tamaşaçılara təqdim edən ifaçımız isveçrəli caz sevənlər tərəfindən çox maraqla qarşılanmış və ifa etdiyi muğam-caz musiqi nömrələri sürəkli alqışlarla müşayiət olunmuşdur. Azərbaycan caz gecəsi zamanı, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilmişdir.

Bununla yanaşı, konsert zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016- Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif broşürlər və məlumatlar, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunmuşdur.

Caz pianoçu Şahin Növrəslinin ifasında silsilə konsert proqramları 8 oktyabr tarixinədək hər gecə 2 konsert olmaqla davam edəcəkdir.

 

növbəti xəbər əvvəlki xəbər