2017-01-12
Vaduz Qəsrində Lixtenşteyn Knyazı II Hans-Adamın adından Yeni il münasibətilə təşkil edilən rəsmi qəbulda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı iştirak etmişdir.

Rəsmi qəbul çərçivəsində Knyaz II Hans-Adam və Şahzadə Alois ilə görüşən səfir Əkrəm Zeynallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və Yeni il təbriklərini yüksək ünvan sahiblərinə çatdırmışdır.

Salamlarına və xoş arzularına görə dövlətimizin başçısına minnətdarlıq edən Knyaz II Hans-Adam onun da salamlarının və Yeni il münasibətilə xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir

növbəti xəbər əvvəlki xəbər

bakushop_1