2017-02-11
Bazel şəhərində Azərbaycan mədəniyyəti təqdim olunub

11 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edək” adlı festival çərçivəsində 15 ölkənin müxtəlif mədəniyyəti ilə yanaşı Azərbaycan mədəniyyətinin də təqdimatı keçirilmişdir.

Tədbir zamanı İtaliyada yaşayan azərbaycanlı xoreoqraf  Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə çıxış etmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. 300 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində Azərbaycan şirniyyatlarından ibarət süfrə qonaqlara təqdim edilmişdir.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1