2017-02-12
Bazel şəhərində Xocalı soyqırımı qurbanları anılıb

12 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə İsveçrənin Bazel şəhərindəki “Union” tədbir zalında “Xocalıya ədalət” devizi altında anım tədbiri keçirilmişdir.

Tədbir zamanı iştirakçılara ilkin olaraq Azərbaycan barədə geniş məlumat verilmiş, müxtəlif video roliklər göstərilmiş, daha sonra isə “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış, Xocalı soyqırımından bəhs edən film iştirakçılara təqdim edilmişdir. Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə xüsusi hazırlanmış tamaşa göstərilmişdir. 

növbəti xəbər əvvəlki xəbər

bakushop_1