2017-05-09
İkinci Dünya Müharibəsində Qələbənin 72-ci ildönümü

9 may 2017-ci il tarixində İsveçrənin Bazel şəhərində yerləşən Hörnli qəbiristanlığında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı faşizm üzərində qələbənin əldə edilməsində böyük xidmətləri olmuş Azərbaycan xalqının qəhrəman övladlarının əziz xatirəsini yad etmək məqsədilə anım mərasimində iştirak etmişdir. Səfir Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi adından 4 nəfər Azərbaycanlının da adının həkk olunduğu xatirə abidəsinin üzərinə gül çələngi qoymuşdur.

Tədbirdə bir sıra MDB ölkələrinin Səfirlik və diplomatik nümayəndəliklərinin, o cümlədən İsveçrədə yaşayan rus icmasının nümayəndələri də iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər