2017-10-19
Səfir Xanım İbrahimova İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis ilə görüşmüşdür

19 oktyabr 2017-ci il tarixində səfir Xanım İbrahimova İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan iqtisadiyyatına dair tədbirlərin təşkili imkanları müzakirə edilmişdir.

Eyni zamanda, İsveçrə-MDB Birgə Ticarət Palatası ilə uğurlu əməkdaşdan danışan tərəflər 9 noyabr 2017-ci il yarixində Sürix şəhərində “Cənubi Qafqaz: Azərbaycan, Gürcüstan, Ermənistan – Yaxın Şərq, MDB və Avropaya qapı” mövzusunda keçiriləcək tədbir tədbirlə bağlı fikir mübadiləsi aparmışdır.

Görüşdə 2018-ci ilin birinci yarısında İsveçrədə ölkəmizin biznes mühitinə həsr olunmuş tədbirin təşkili üzrə müzakirələr aparılmışdır.

 

X.Ibrahimova, həmçinin, D.Sallisə Bakı şəhərinin Dünya EXPO 2025 sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyü barədə ətraflı məlumat vermişdir.

 

əvvəlki xəbər

bakushop_1