2017-12-01
Səfir X.İbrahimova İsveçrə Konfederasiyasının Mədəniyyət üzrə Federal Ofisinin rəhbəri İzabel Şasso ilə görüşmüşdür

2017-ci il dekabrın 1-də səfir X.İbrahimova İsveçrə Konfederasiyasının Mədəniyyət üzrə Federal Ofisinin rəhbəri İzabel Şasso ilə görüş keçirmişdir.

Görüşdə tərəflər mədəni sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və 20-22 yanvar 2018-ci ildə Davosda təşkil olunacaq Mədəniyyət Nazirləri Konfransına dair fikir mübadiləsi aparmışlar.

  1. İbrahimova Azərbaycanın İsveçrə ilə mədəni əlaqələrinin kifayət qədər intensiv olduğunu, ölkəmizin musiqiçiləri və filmlərinin İsveçrədə keçirilən müxtəlif festivallarda geniş təmsil olunduğunu vurğulamış və bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Görüş zamanı səfir Xanım İbrahimova qarşı tərəfə Azərbaycanda mədəni humanitar sahədə həyata keçirilən layihələr və eləcə də Bakı şəhərinin Ümumdünya EXPO 2025 sərgisinin təşkilinə namizədliyi barədə də ətraflı məlumat vermişdir.

növbəti xəbər əvvəlki xəbər