2017-12-05
Səfir X.İbrahimova İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüşmüşdür

Səfir X.İbrahimova 2017-ci il dekabrın 5-də İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüş keçirilmişdir.

Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və İsveçrə peşə təhsili sistemi haqqında fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı səfir Xanım İbrahimova qarşı tərəfə Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və həyata keçirilən layihələr barədə məlumat vermiş, ölkəmizin İsveçrənin təcrübəsini öyrənməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.

M.Dell’Ambrogio Azərbaycan Respublikası təhsil nazirinin 2012-ci ildə Bernə səfərini və onunla keçirdiyi görüşü xatırlamış, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq potensialının hələ tam istifadə edilmədiyini düşündüyü bildirmişdir.

Daha sonra səfir X.İbrahimova Azərbaycan Respublikasının Ümumdünya EXPO 2025 sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd etmiş və sərgi üçün seçilən mövzunun – “İnsan kapitalının inkişafı”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğunu, İsveçrənin də özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini vurğulamışdır.

növbəti xəbər əvvəlki xəbər