2018-02-13
Səfir Xanım İbrahimova Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatın (OTİF) Baş katibi Fransua Daven ilə görüşmüşdür

13 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilatın (OTİF) Baş katibi Fransua Daven ilə görüşmüşdür.

Görüşdə tərəflər  Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

Səfir Xanım İbrahimova  Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirak etməsindən söz açmış, dəmir yollarında reallaşdırılmış irimiqyaslı layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi barədə məlumat vermiş, bu layihənin Azərbaycanın tranzit potensialını artıracağını vurğulamışdır.

Fransua Daven 3-4 may 2016-cı ildə Bakı şəhərində keçirilmiş “Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTİF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları” adlı seminar barədə məlumat vermiş, rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər