2018-02-14
Səfir Xanım İbrahimovanın “Amman” şirkətlər qrupunun icraçı direktoru ilə görüşü olub

Səfir Xanım İbrahimova  “Amman” şirkətlər qrupunun icraçı direktoru Hans Xristian Şnayder ilə görüşüb.

Hans Xristian Şnayder rəhbərlik etdiyi şirkətin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verdi. O, bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin iqtisadi inkişafının onda dərin təəssürat yaratdığını bildirdi.

Səfir Xanım İbrahimova Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verdi. O,“Amman” şirkətlər qrupunun  ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. 

Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər