2018-02-23
Səfir Xanım İbrahimova TAP Konsorsiumunun prezidenti Valter Pireri ilə görüşmüşdür

Cari ilin 23 fevral tarixində səfir Xanım İbrahimova TAP Konsorsiumunun prezidenti Valter Pireri ilə görüşmüşdür. , Avropaya qazın yeni mənbədən daxil olması baxımından Trans-Adriatik (TAP) qaz boru kəmərinin Avropa üçün vacibliyini vurğulayan Valter Pireri layihə ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Bildirilib ki, son aylarda TAP üzrə mühüm irəliləyişlər əldə olunmuş, layihə üzrə işlərin 60 faiz icra edilmişdir.

Səfir Xanım İbrahimova enerji mənbələri və marşrutlarının diversifikasiyasının ölkəmizin enerji siyasətinin prioriteti olduğunu qeyd edərək bildirmişdir ki, qlobal enerji təhlükəsizliyi layihəsi olan "Cənub Qaz Dəhlizi" bu istiqamətdə əhəmiyyətli rol oynayır. O, “Cənub Qaz Dəhlizi"nin mühüm seqmentlərindən biri kimi TAP layihəsinin vaxtında başa çatdırılması üçün tikinti işlərinin sürətləndirilməsinin  vacibliyini qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər