2018-03-20
AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev “İsveçrə Tibbi Şəbəkəsi” təşkilatı ilə görüşmüşdür

Cari ilin 20 mart tarixində İsveçrəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrənin 16 irimiqyaslı klinikasını özündə birləşdirən “İsveçrə Tibbi Şəbəkəsi” təşkilatının MDB ölkələri idarəsinin rəhbəri Marina Verbitski ilə görüşmüşdür.

 

Görüşdə təşkilatla Azərbaycanın tibb müəssisələri arasında əməkdaşlıq imkanları, Azərbaycanlı həkimlərin İsveçrə müəssisələrində təcrübə keçməsi imkanları, insan resursları və tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. “İsveçrə Tibbi Şəbəkəsi”nin təmsilçisi konkret layihələrin müzakirə edilməsi üçün maraqlı tərəflərin iştirakı ilə Bakı və ya Bern şəhərlərində dəyirmi masanın keçirilməsi təklifi ilə çıxış etmişdir.

növbəti xəbər əvvəlki xəbər