2018-03-20
AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev “SWISSCOFEL” təşkilatı ilə görüşmüşdür

Cari ilin 20 mart tarixində İsveçrəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrədə meyvə-tərəvəz ticarəti sahəsində fəaliyyət göstərən 175 şirkəti birləşdirən “SWISSCOFEL” təşkilatının marketinq şöbəsinin müdiri Matias Tsürflüh ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın fındıq təsərrüfatı barədə fikir mübadiləsi aparılmış, İsveçrə tərəfi Azərbaycandan fındıq idxalında maraqlı olduğunu bildirmişdir. Nazir müavini Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, o cümlədən fınqıq istehsalının artırılması istiqamətində atılan addımlar barədə məlumat verərək, İsveçrə tərəfinin fındıq idxalına marağını yüksək qiymətləndirmiş və bunu perspektivli əməkdaşlıq sahəsi kimi xarakterizə etmişdir.

növbəti xəbər əvvəlki xəbər