2018-04-24
Səfir X.İbrahimova Federal Şuranın ticarət sazişləri üzrə nümayəndəsi səfir Ervin Bollinqer ilə görüşmüşdür

24 aprel 2018-ci il tarixində səfir X.İbrahimova İsveçrə Konfederasiyasının İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri Ervin Bollinqer ilə görüşmüşdür.

Səfir Xanım İbrahimova son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə müqabil tərəfə məlumat vermişdir. Bir sıra digər ölkələrdən fərqli olaraq, İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investiya qoyduğuna diqqət çəkən səfir Xanım İbrahimova Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən birini həyata keçirdiyini vurğulamışdır.

Görüşdə həmçinin Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasının Protokolunun icrası ilə bağlı məsələlər müzakirə edilmiş, Komissiyanın növbəti 8-ci iclası barədə fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər