2018-05-08
Səfir Xanım İbrahimova Federiko Sommaruqa ilə görüşmüşdür

Cari ilin 8 may tarixində səfir Xanım İbrahimova Səfirlikdə “Switzerland Tourism” təşkilatının İnkişaf edən bazarlar və xüsusi layihələr idarəsinin rəisi Federiko Sommaruqa ilə görüşmüşdür.

Görüş zamanı səfir Xanım İbrahimova Azərbaycanın turizm potensialı, turizmin inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər, eləcə də, Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf dinamikası barədə məlumat vermişdir.

Tərəflər mədəniyyət və turizm sahələrində iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışmışdır.

növbəti xəbər əvvəlki xəbər