2018-05-08
Səfir Xanım İbrahimova “Swissinfo” rəhbərliyi ilə görüşmüşdür

2018-ci il mayın 8-də səfir Xanım İbrahimova İsveçrə İctimai Televiziya və Radio Korporasiyasının (SBC – Swiss Broadcasting Corporation) bir bölməsi olan “Swissinfo” internet resursunun Direktor müavini Peter Szchaler, Baş redaktorun müavini Reto Gysi von Wartburg və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Christian Burger ilə “Swissinfo”nun qərargahında görüş keçirmişdir.

Qeyd olunmalıdır ki, “Swissinfo” SBC-yə bağlı olan müstəqil ictimai media şirkətidir. 11 dildə fəaliyyət göstərən “Swissinfo”nun əsas məqsədi beynəlxalq ictimaiyyəti İsveçrədə baş verən hadisələr barədə məlumatlandırmaqdır. “Swissinfo”nun gündəlik 130 min oxuyucusu, “Facebook” sosial şəbəkəsində 1 milyon izləyicisi və 90 min abunəçisi mövcuddur. Hər ay “Swissinfo”ya 1 milyon insan baxış keçirir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-İsveçə münasibətləri müzakirə edilmiş, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə SBC arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər