2018-05-15
Səfir Xanım İbrahimova Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru ilə görüşmüşdür

15 may 2018-ci il tarixində səfir Xanım İbrahimova Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru Bişar Hüseyn ilə ÜPİ-nin qərargahında görüşmüşdür.

B.Hüseyn Azərbaycan ilə ÜPİ arasındakı əlaqələri mükəmməl kimi xarakterizə edərək, bu əlaqələrdə heç bir problemin olmadığını bildirmişdir. Azərbaycanın hazırda ÜPİ-nin iki idarəedici orqanından biri olan Poçt Əməliyyatları Şurasında təmsil olunduğunu qeyd edən Baş direktor, yalnız 40 üzvdən ibarət olan bu Şuraya seçilməsinin Azərbaycana hörmətin və ölkəmizin ÜPİ-nin fəal üzvü olduğunun göstəricisi olduğunu vurğulamışdır.

Səfir X.İbrahimova Azərbaycanın ÜPİ ilə əməkdaşlıqdan məmnun olduğunu, ÜPİ-nin dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin yüksək qiymətləndirildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır. Səfir həmsöhbətinə, həmçinin Azərbaycanda informasiya və telekommunikasiya sektorunun inkişafı barədə məlumat vermişdir.

əvvəlki xəbər