2018-06-18
Səfir Xanım İbrahimova Peter Ritter ilə görüşmüşdür

Cari ilin 18 iyun tarixində səfir Xanım İbrahimova Lixtenşteyn İnkişaf Xidmətlərinin icraçı direktoru Peter Ritter  ilə görüşmüşdür.

Görüş zamanı səfir Xanım İbrahimova Azərbaycanın iqtisadi inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti barədə məlumat vermişdir.

Tərəflər inkişaf naminə əməkdaşlıq layihələri üzrə birgə fəaliyyət imkanlarından və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışmışdır.

növbəti xəbər əvvəlki xəbər