2018-06-18
Səfir Xanım İbrahimova Ueli Qrob ilə görüşmüşdür

Cari ilin 13 iyun tarixində səfir Xanım İbrahimova İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Turizm Siyasəti İdarəsinin rəis müavini Ueli Qrob ilə görüşmüşdür.

Görüş zamanı səfir Xanım İbrahimova Azərbaycanın turizm potensialı, turizmin inkişafı istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən işlər, eləcə də, Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf dinamikası barədə məlumat vermişdir.

Tərəflər turizm sahəsində iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışmışdır.

növbəti xəbər əvvəlki xəbər