2018-08-25
“Azərbaycan Dəmir Yolları” “Stadler”dən 30 sərnişin vaqonunun alınması üçün 134,8 milyon frank kredit alacaq

2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin zəmanət verəcəyi xarici dövlət borcalmaları üzrə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler” şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması üçün 134,8 milyon İsveçrə frankı kredit cəlb edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə, həmçinin qeyd edilir ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinin həcmi 478,9 milyon ABŞ dollarıdır.

növbəti xəbər əvvəlki xəbər