2018-04-24
Azərbaycanın Dostları Təşkilatının rəhbəri Arzu Əliyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz Sizin yüksək siyasi nüfuzunuzun, ölkənin siyasi, iqtisadi, sosial-mədəni inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin nəticəsidir. Sizin liderliyinizlə Azərbaycan dövlət quruculuğu, siyasət, iqtisadiyyat, mədəniyyət və milli ənənələrin qorunması sahələrində böyük nailiyyətlər əldə etmişdir.

İnanırıq ki, bundan sonra da bütün istiqamətlərdə olduğu kimi, diaspor təşkilatlarının inkişafında da yeni-yeni addımlar atılacaqdır. İsveçrədə yaşayan azərbaycanlılar olaraq, Azərbaycan həqiqətlərinin təbliğində həmvətənlərimizin hüquq və mənafelərinin müdafiəsi yolunda gördüyünüz işləri yüksək qiymətləndirir, siyasi kursunuzu yekdilliklə dəstəkləyirik.

Cənab Prezident, Azərbaycan Respublikasının daha da inkişaf etməsi naminə Sizə yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, zəngin təcrübəniz və yüksək idarəçilik istedadınız bundan sonra da ali dövləti vəzifənizdə böyük uğurlar qazanmağınıza imkan verəcəkdir.

Hörmətlə,

 

Arzu Əliyeva

Azərbaycanın Dostları Təşkilatının rəhbəri,

Bazel, İsveçrə

növbəti xəbər əvvəlki xəbər