2018-04-24
Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Prezident seçkilərində inamlı qələbəniz milyonlarla həmvətənimizin Sizə göstərdiyi yüksək etimadın sübutudur. Əminəm ki, dövlət başçısı vəzifəsində uzun illər boyu qurucu əməyinizlə topladığınız zəngin idarəçilik təcrübəsi Sizin xalqımıza, o cümlədən xaricdə yaşayan həmvətənlərimizə bundan sonra da eyni dərəcədə uğurla rəhbərlik etməyinizə və ölkəni sosial-iqtisadi inkişaf yolu ilə inamla irəli aparmağınıza imkan yaradacaqdır.

Biz, İsveçrədə yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin təbliğ olunması, diaspor təşkilatlarının inkişaf etdirilməsi, həmvətənlərimizin hüquq və mənafelərinin qorunması üçün gördüyünüz işləri yüksək qiymətləndirir, həyata keçirdiyiniz siyasi kursu birmənalı olaraq dəstəkləyirik.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkə naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Qasım Nəsirov

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri

növbəti xəbər əvvəlki xəbər