2018-09-26
İsveçrədə keçirilən beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib

İsveçrənin Sürix şəhərində XIII beynəlxalq kənd təsərrüfatı və bağçılıq üzrə “Son yeniliklər və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi” mövzusunda keçirilən elmi konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov təmsil edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, dünyanın 34 ölkəsindən alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə T.Məmmədov “Azərbaycan dendroflorasında Rosacea fəsiləsinə aid cinsi növlərin təbii və mədəni şəraitdə yayılması və taxonomik tərkibi" mövzusunda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində T.Məmmədov keçirdiyi görüşlərdə rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparıb.

növbəti xəbər əvvəlki xəbər