2018-10-04
Diasporla İş üzrə Dövlət Komitəsi ilə İsveçrənin "Swiss Abroad" və "Soliswiss" təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oktyabrın 4-5-də İsveçrəyə səfəri çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirib.

Səfərin ilk günü Komitə sədri səfirlikdə olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan isveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

növbəti xəbər əvvəlki xəbər