2018-10-10
İsveçrənin Friburq Univeristetində “Azərbaycan qadınları” adlı kitabın təqdimatı keçirilib

Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibəti ilə cari ilin 11 oktyabr tarixində Friburq Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan, fransiz müəllif Jan Lui Quronun “Azərbaycan qadınları” kitabının təqdimat mərasimi keçirilib.

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və müəllif Jan Lui Quro tərəfindən həyata keçirilən təqdimat mərasimində Friburq Univeristetinin müəllim və tələbə heyəti, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Təqdimat mərasimində Hicran Hüseynova Azərbaycan qadınlarının keçmişi və bugünnə dair geniş məlumat verib və cari ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd olunmasını və eyni zamanda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illik yubileyinin olmasını qeyd edib.

Hicran Hüseynova birinci vitse prezident Mehriban Əliyevanın rəhbərliyi altında qadın siyasətinə dair bir sıra vacib qanun layihələrin zamanında hazırlanaraq parlamentə təqdim olunmasını və onun ictimai-siyasi, mədəni və bir sıra digər sahələrdəki fəaliyyətinin qadınlara daim örnək olmasını qeyd edib. Hicran Hüseynova çıxışı zamanı Azərbaycan Respublikasında qadınların bir sıra sahələrdə fəal olmalarını qeyd edib. Hicran Hüseynova qadınların hal-hazırda nəinki dövlət qurumlarında,hətta idman sahəsinə faəl olmalarını, onların içində Olimpiya medallarına layiq görülən idmançı qadınların sayının artmaqda olmasını qeyd edib.

Təqdimat mərasimində müəllif Jan Lui Quro öz növbəsində çıxış edərək “Azərbaycan qadınları” kitabının iki cildə - “Keçmişin qadınları” və “Bugünün qadınları” başlıqlı olmasını qeyd edib. Müəllif keçmiş zamanlardan bəri Azərbaycan qadınlarının cəmiyyətdə fəal rol oynadığını qeyd edib.

Təqdimat mərasiminin sonunda auditoriyanın sualları cavablandırılıb və Friburq Univeristetinə kitablar təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər