2018-10-30
AZAL Cenevrəyə ilk çarter reysini həyata keçirib

Oktyabrın 30-u “Azərbaycan Hava Yolları" (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

AZAL aviaşirkəti və hava limanı rəhbərliyinin, diplomatik korpus təmsilçilərinin, işgüzar dairələrin və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib.

Açılışda çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bildirib ki, hər iki ölkə arasında olan siyasi və iqtisadi sahədə inkişaf çox yüksək səviyyədədir.

“Bakı-Cenevrə reysinin açılması, Azərbaycan və İsveçrə arasında olan inkişaf üçün böyük addımdır. Hər iki ölkənin iş adamları və turistləri bu reysdən çox faydalanacaq”.

X.İbrahimova əlavə edib ki, ötən həftə İsveçrənin “Switzerland Tourism” təşkilatı və Azərbaycanın Turizm Bürosu arasınsa saziş imzalanıb.

“Sazişə əsasən hər iki ölkənin şəhərlərinə turist axının cəlb olunması nəzərdə tutulur. Bu gün açılan çarter reysidə turistlərin cəlbi üçün bir vasitədir".

növbəti xəbər əvvəlki xəbər