2019-04-10
Azərbaycan Cenevrədə təşkil olunan festivalda təmsil olunub

Azərbaycan Cenevrə Universiteti tərəfindən təşkil olunan “Global Village” Festivalında iştirak edib. İyirmidən artıq ölkə və müxtəlif təşkilatların qatıldığı tədbirdə ölkəmizin milli adət-ənənəsi, mədəniyyəti və mətbəximizin təsvir olunduğu stend yaradılıb.

Festival çərçivəsində həmçinin Cenevrə Universitetində təhsil alan azərbaycanlı tələbələr Çinarə Azayzadə və Fidan Rüstəmzadə tərəfindən milli rəqslərimiz ifa edilib, yaradılmış Azərbaycan stendində iştirakçılara milli yeməklərimiz və şirniyyatlarımızdan ibarət ziyafət təqdim olunub.

Qeyd etmək lazımdır ki, sayca onuncusu təşkil olunan festivalda ölkəmiz ilk dəfədir iştirak etməsinə baxmayaraq yaradılan stend və təqdimat xüsusi marağa səbəb olub.

növbəti xəbər əvvəlki xəbər