2019-05-04
İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub

04 May 2019-cu ildə İsveçrənin Solothurn şəhərində Azərbaycan Səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilarlarının rəhbərləri, soydaşlarımız və ölkəmizin İsveçrədəki Səfirliyinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras, gələn qonaqları salamlayıb və mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusi ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinə  təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir milli mədəniyyət mərkəzinin yaradılmasının zəruriliyinə diqqət çəkib.

Sonra mərkəzin təntənəli açılışı olub. Burada qurumun baş ofisi, Azərbaycan dilində həftə sonu məktəbi və müxtəlif məqsədlər üçün nəzərdə tutulan otaqlar yerləşir. Sonda qonaqlara milli təamlardan ibarət ziyafət verilib.

növbəti xəbər əvvəlki xəbər