2020-01-20
İsveçrədə “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü yad edilib.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ərsəyə gələn Azərbaycanlıların sıx məskunlaşdığı Soloturn şəhərində fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Assosasiyası” diaspor təşkilatının nəzdnində “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin filalı  fəaliyyətə başlayıb.    

Tədbirdə çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova  “Azərbaycan-Türk Mədəniyyət Assosasiyası” diaspor təşkilatının rəhbəri Cevzət Arasa və qonaqlara təşəkkürünü bildirib. X.İbrahimova məktəbin açılışından şagirdlərin daha çox faydalanacağına və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olacaqlarına əmin olduğunu vurğulayıb.

Səfir çıxışında mədəniyyət və tarixinin hər bir xalqın inkişaf yolunda olan önəmindən danışıb və hər il olduğu kimi bu il də dünya ictimaiyyətinin diqqətini bu qanlı hadisələrə yönəltmək məqsədi ilə cənab Prezidentin müvafiq Sərəncamı ilə “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilib və icra olunmasını bildirib. 20 Yanvar faciəsinin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səfir daha sonra, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı soydaşlarımıza ətraflı məlumat verib. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər hərbi texnikaların yeridilməsi, dinc əhalinin atəşə tutulması, milliyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, yaşlıların və qadınların amansızca öldürülməsi barəsində məlumat verib.

X.İbrahimova xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini bildirilib.

Daha sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov tərəfindən uşaqlar üçün hazırlanmış 20 Yanvar faciəsinə dair xüsusi təlim keçirilib. 20 Yanvar faciəsinin 30-cu ildönümü yad edilib və şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin bariz nümunəsinin olması və Azərbaycanın suverenliyi naminə qəhrəmanlıq rəmzi kimi yaddaşlarda qalması qeyd edilib.

İlk öncə tarixə qisa ekskurs edilib və o zamanın qeyri-stabil dövrü barəsində məlumat verilib. 20 Yanvar hadisələri zamanı günahsız və silahsız insanların sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalıqının ruhunu sındıra bilməməsi qeyd edilib.

Tədbir iştirakçılarının diqqətinə 20 Yanvar faciəsinin 30-cu ildönümü və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair əyani vəsaitlər təqdim edilib.

növbəti xəbər əvvəlki xəbər