2020-03-20
Səfirliyin Konsulluq bölməsində qəbulun dayandırılması ilə bağlı elan.
Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı yaranmış vəziyyətə görə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin Konsulluq bölməsində qəbul dayandırılmışdır.
Məsələyə dair növbəti bildiriş verilənə qədər müraciətlərin qəbulu yalnız elektron poçt (bern@mission.mfa.gov.az ) və telefon rabitəsi (tel.: +41313505040) vasitəsilə həyata keçiriləcəkdir.
Anlayışınız üçün təşəkkür edirik.