2024-05-29

Üçüncü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı

Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə üçüncü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı keçiriləcək. “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi” adlı builki konfrans 30-31 may 2024-cü il tarixlərində Azərbaycanın Zəngəlan və Bakı şəhərlərində keçiriləcək. Sözügedən mövzu Azərbaycanın COP29-a sədrliyi ilə üst-üstə düşür.

Minalarla çirklənmədən əhəmiyyətli dərəcədə əziyyət çəkən və təsirə məruz qalməş bir ölkə kimi Azərbaycan gələcək nəsillər üçün yaşıl sabahı təmin edərək, mina təhlükəsindən azad dünya istiqamətində qlobal səyləri birləşdirməyə daim hazır və sadiqdir.

Arxiv üzrə axtarış