Başsağlığı kitabının açılması
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 26 dekabr tarixində Azərbaycan Respublikasının ərazisində matəm elan olunmuşdur.
Aşağıdakı tarixlərdə Səfirlikdə başsağlığı kitabı açılacaq:
• 26 dekabr 2024-cü il saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək;
• 27 dekabr 2024-cü il saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək;
• Elektron başsağlığı kitabı 27 dekabr 2024-cü il tarixinin sonuna qədər mission@bern.mfa.gov.az ünvanında açıq olacaq.