“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Pasport itdikdə (1)

 Tələb olunan sənədlər

  • Ərizə-anket (burudan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş)(18 yaşı tamam olmamış vətəndaş);
  • Şəxsiyyət vəsiqəsi;
  • İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
  • Pasportun nə vaxt və hansı şəraitdə itirildiyi barədə məlumat.
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır) ;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

                                                           Dövlət rüsumu

  • 25 ABŞ dolları konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A

 

  • Müvafiq yaşa uyğun olaraq
        0-1 yaş 25 manat
        1-3 yaş 40 manat
        3-18 yaş 55 manat
        18 yaşı tamam olmuş 75 manat

dövlət rüsumu onlayn (https://www.asanpay.az/intro/home) və ya  Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, ASAN Xidmət Mərkəzlərində və ya digər vasitələrlə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti