“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Azərbaycana gəldikdən sonra viza

Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, Çin Xalq Respublikası, Koreya Respublikası, Malayziya, Sinqapur və İsrail vətəndaşları Azərbaycan Respublikasının bütün beynəlxalq hava limanlarında birdəfəlik giriş vizası (30 günə qədər) əldə etmək imkanına malikdirlər. Azərbaycan Hava Yolları (AZAL) ilə Nyu-York-Bakı birbaşa reysi ilə səyahət edən ABŞ vətəndaşları da Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına gələrkən birdəfəlik (30 günə qədər) Azərbaycan vizası ala bilərlər. 

Vizalar “ASAN Viza” sistemi vasitəsilə verilir. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, o cümlədən vizalarla bağlı bütün ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcək.

 

Əlavə məlumatı buradan əldə etmək olar:  https://mfa.gov.az/az/category/visa/asan-visa 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti