“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət xəbərdarlığı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın digər işğal olunmuş rayonlarına səfər etmək istəyən bütün xarici dövlətlərin vətəndaşlarının nəzərinə çatdırır ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalın davam etdirilməsi ilə əlaqədar bu ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarətindən çıxarılıb.

Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan yuxarıda qeyd olunan ərazilərə Azərbaycan Respublikasının razılığı olmadan hər hansı səfər Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması və milli qanunvericiliyin, habelə beynəlxalq hüququn müvafiq norma və prinsiplərinin pozulması kimi qiymətləndirilir.

Müvafiq olaraq, Xarici İşlər Nazirliyi bütün əcnəbi vətəndaşları Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı işğal olunmuş ərazilərə səfərlərdən çəkinməyə çağırır. 

Nazirlik xatırladır ki, Azərbaycan Respublikasının əvvəlcədən icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmiş şəxslərin Azərbaycan Respublikasına girişinə icazə verilməyəcək.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti